EN

Çin və Avropa Trampın Qəzza ilə bağlı açıqlamasına sərt reaksiya verdi

Avropanın aparıcı dövlətləri ABŞ prezidenti Trampın Qəzza zolağından fələstinlilərin köçürülməsi təklifinə sərt reaksiya verib.

AzPost bildirir ki, “Röyter” Agentliyi bununla bağlı səslənən bəyanatları təqdim edib.

Britaniya, Fransa və Almaniya Trampın fələstinliləri Qəzzadan köçürmə hərəkətinə qarşıdır.

Böyük Britaniyanın Xarici İşlər Naziri: “Biz həmişə iki dövlət üçün səy göstərməliyik. Biz fələstinlilərin öz vətənlərində, Qəzzada və İordan çayının qərb sahilində yaşayıb çiçəklənmələrini görməliyik”.
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü: “Fransa Qəzzanın Fələstin əhalisinin məcburi köçkünlüyünə qarşı olduğunu bir daha bəyan edir. Bu da beynəlxalq hüququn ciddi şəkildə pozulması deməkdir”.
Almaniya Xarici İşlər Naziri: “Qəzza zolağı fələstinlilərə məxsusdur və onların qovulması qəbuledilməz və beynəlxalq hüquqa ziddir. Bu da yeni əzablara və yeni nifrətə səbəb olacaq. Fələstinlilərin maraqlarını təmin etməyən heç bir həll yolu olmamalıdır”.

İspaniya xarici işlər naziri: “Bunu açıq şəkildə bəyan edirəm: Qəzza fələstinlilərin torpağıdır və onlar Qəzzada qalmalıdırlar. Qəzza gələcək Fələstin dövlətinin bir hissəsidir. Qəzza İsrail dövlətinin firavanlığını və təhlükəsizliyini təmininə qarant verməlidir. İspaniya bunu dəstəkləyir”.

Çin Xarici İşlər Nazirliyi: “Çin ümid edir ki, bütün tərəflər Fələstin məsələsini iki dövlətli həll yoluna əsaslanan siyasi nizamlanmanın düzgün yoluna qaytarmaq üçün bir fürsət olaraq atəşkəs və münaqişədən sonrakı idarəçiliyi qəbul edəcəklər”.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan: “Trampın Qəzzanı ələ keçirmək planı ilə bağlı şərhləri qəbuledilməzdir. Fələstinliləri “kənarda saxlamaq”a hesablanan istənilən plan daha çox münaqişəyə səbəb olacaq”.

BMT-nin İnsan Hüquqları Bürosu: “Beynəlxalq humanitar hüquq və beynəlxalq insan haqları hüququna tam hörmətlə yanaşaraq, bütün girovları və özbaşına saxlanılan məhbusları azad etmək, müharibəyə son qoymaq və Qəzzanı yenidən qurmaq üçün atəşkəsin növbəti mərhələsinə keçməyimiz çox vacibdir.
“İşğal edilmiş ərazilərə insanların zorla köçürülməsi və ya deportasiyası qəti qadağandır”.

Chosen
108
3
azpost.info

10Sources