Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə səfər edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
Teleqraf.com xəbər verir ki, Türkiyəyə səfər edən Ştaynmayer Prezident Sarayında rəsmi mərasimlə qarşılanıb.
Mətbuata qapalı keçirilən ikitərəfli görüşdə Türkiyə-Almaniya əlaqələrinin bütün aspektləri, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub.
Həmçinin Türkiyə-Avropa İttifaqı münasibətləri və aktual regional problemlər ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətləri arasında işçi nahardan sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər.
![](https://teleqraf.com/storage/2025/02/05/erdo3.jpg)
![](https://teleqraf.com/storage/2025/02/05/erdo1.jpg)
![](https://teleqraf.com/storage/2025/02/05/erdo2.jpg)