EN

"Ümid edirəm ki, biz nə vaxtsa “Sumqayıt”ın qapısına yol tapa biləcəyik"

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda bu gün “Sumqayıt”ı qəbul edən “Sabah”ın baş məşqçisi Vasili Berezutski matçı dəyərləndirib.

Fanat.Az xəbər verir ki, rusiyalı mütəxəssis 0:0 hesabı ilə başa çatan matça belə şərh verib:

“Nəyisə şərh etmək çətindir. Amma ümid edirəm ki, biz nə vaxtsa “Sumqayıt”ın qapısına yol tapa biləcəyik.

Sadəcə, kubok oyununa deyil, çempionat matçlarına da köklənirik. Buna görə də hər oyuna qələbə qazanmaq üçün çıxırıq.

Hesab edirəm ki, dünyanın heç bir yerində limit xeyir gətirmir. Bu, sizin öz qərarınızdır. Düşünürəm ki, limitin heç bir faydası yoxdur”.

Chosen
5
1
fanat.az

2Sources