EN

İsrail BMT-nin İnsan Haqları Şurasından çıxdığını elan etdi

ABŞ-nin ardınca İsrail də BMT İnsan Haqları Şurasından çıxmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Gideon Saar "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, İsrail ABŞ prezidenti Donald Trampın ölkəni BMT-nin İnsan Haqları Şurasından çıxarmaq qərarını alqışlayır.

“İsrail Birləşmiş Ştatlara qoşulur və UNHRC-də (BMT-nin İnsan Haqları Şurası) iştirak etməyəcək”, - Saar yazıb.

Nazir Şuranı insan haqlarını pozanları qorumaqda, onlara tənqiddən gizlənməyə imkan verməkdə və Yaxın Şərqdə yeganə demokratiyanı – İsraili daim iblisləşdirməkdə ittiham edib.


Müəllif: Arzu
Chosen
44
1
teleqraf.com

10Sources