ABŞ UNESCO-da üzvlülüyü məsələsini yenidən gözdən keçirir.
Bu barədə Ağ Evin rəsmi saytında paylaşım edilib.
“ABŞ UNESCO-dakı üzvlüyü məsələsinə yenidən baxır. Bu, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi ilə koordinasiya əsasında katib tərəfindən həyata keçiriləcək və 90 gün ərzində tamamlanacaq”, – deyə məlumatda qeyd olunur.
ABŞ hökuməti üzvlüyün yenidən gözdən keçirilməsi barədə qərarı təşkilatın fəaliyyətinin Birləşmiş Ştatların maraqlarına uyğun olub-olmamasının araşdırılması üçün verdiklərini açıqlayıb./globalinfo.az