EN

Türkiyədə sərnişin avtobusu aşdı — Ölən və yaralananlar var (FOTO)

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb.

Qəza yerinə çox sayda təcili yardım, polis və xilasetmə qrupları çağırılıb.

Alanya Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Yılmaz Gülər ​​açıqlamasında xəstəxanaya gətirilən 14 yaralıdan biri S.Ç.-nin həyatını itirdiyini, vəziyyəti ağır olan 3 nəfərin müalicəsinin isə reanimasiya şöbəsində davam etdirildiyini bildirib.

 

Chosen
41
6
demokrat.az

7Sources