EN

Aİ-nin nümayəndələri növbəti dəfə mövqelərimizi müşahidə edib (VİDEO)

Bakı. Trend:

Fevralın 5-i gündüz saatlarında Naxçıvan Muxtar RespublikasınınSədərək rayonu ilə üzbəüz yerləşən Paryur Sevak istiqamətində 1ədəd UAZ və 3 ədəd cip tipli mülki nəqliyyat vasitəsinin hərəkətimüşahidə edilib.

Trend-in əldəetdiyi məlumata görə, üzərində Beynəlxalq Qırmızı Xaç Komitəsininvə Avropa İttifaqının bayraqları olan nəqliyyat vasitələriErmənistan silahlı qüvvələrinin mövqelərinə daxil olduqdan sonraavtomobillərdən enən şəxslər ərazinin müşahidəsini həyatakeçiriblər.

Digər oxşar insident isə saat 12:00 radələrində Kəlbəcər rayonuilə üzbəüz yerləşən Gorus rayonunun Burun yaşayış məntəqəsiistiqamətində baş verib.

1 ədəd hərbi UAZ və üzərində Aİ bayrağı olan 2 ədədLand-Cruiser-LX markalı nəqliyyat vasitəsi Ermənistan silahlıqüvvələrinin mövqelərinə gəldiyi təsbit edilib.

Baş vermiş hər iki insident zamanı Avropa İttifaqının monitorinqmissiyasının nümayəndə heyətinin ərazidəki fəaliyyəti texnikimüşahidə vasitələri tərəfindən qeydə alınıb.

Məqalədə:
Chosen
4
5
az.trend.az

6Sources