Tramp Qəzzada ABŞ qoşunlarının yerləşdirilməsi barədə öhdəlik götürməyib.
Bunu Ağ Evin mətbuat katibi Karolin Livitt deyib.
“Tramp hesab edir ki, ABŞ Qəzzanın bərpasında regionda stabilliyin təmin olunması üçün iştirak etməlidir.
Bu, o demək deyil ki, çəkmələrimiz Qəzza torpağına dəyməlidir”, – deyə Livitt qeyd edib.
Bundan başqa, Ağ Evin sözçüsünün açıqlamasına görə, Tramp Qəzzanın bərpası zamanı anklavda yaşayan fələstinlilərin müvəqqəti olaraq köçürülməsini istəyir.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Qəzzadakı fələstinlilərin birdəfəlik köçürülmələrinə çağırış etmişdi. Bu da dünya ictimaiyyətinin ciddi müzakirələrinə səbəb olmuşdu.
Livitt prezidentin fikir dəyişməsinin səbəbini açıqlamayıb./globalinfo.az