EN

USAİD-in maliyyələşdirdiyi KİV-lər üçün qrantlar DAYANDIRILIR - VİDEO

İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Effektivliyi Departamenti “Politico” və USAID tərəfindən maliyyələşdirilən digər KİV-ləri maliyyələşdirməyi dayandırır.

Bizim.Media xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

Daha əvvəl bildirilmişdi ki, “Politico” USAID-dən milyonlarla dollar qrant alıb.
 

Qeyd edək ki, Trampın komandası “Politico”nu ona qarşı qərəzli olmaqda və 2020-ci il kampaniyası zamanı Hanter Baydeni ona qarşı irəli sürülən ittihamlardan qorumaqda ittiham edib. 


Xatırladaq ki, “Politico” nəşri Hanter Baydenə qarşı ittihamları “Rusiyanın dezinformasiyası” adlandırıb.


Bizim.Media

Chosen
16
bizim.media

1Sources