EN

“Nyukasl” “Arsenal”ı Liqa Kubokunda finala buraxmadı

Bu gün futbol üzrə İngiltərə Liqa Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk cavab qarşılaşması keçirilib.

Arena.az xəbər verir ki, “Nyukasl” doğma meydanda “Arsenal”la qarşılaşıb.

Hər hissədə rəqib qapısına bir qol vuran meydan sahibləri inamlı qələbə sayəsində finala yüksəliblər. Bu komanda London təmsilçisinə səfərdə də oxşar hesabla qalib gəlmişdi.

Qeyd edək ki, İngiltərə Liqa Kubokunda digər finalçının adına sabah keçiriləcək “Liverpul” – “Tottenhem” matçında aydınlıq gələcək. Bu komandaların ilk görüşündə London təmsilçisi evdə tək qolla üstün olub.

İngiltərə Kuboku
Yarımfinalın cavab oyunları
5 fevral

Nyukasl – Arsenal 2:0 (ilk oyun 2:0)
Qollar: Mörfi, 19. Qordon, 52.

6 fevral

00:00. Liverpul – Tottenhem (ilk oyun 0:1)

Chosen
18
arena.az

1Sources