EN

Dayanmadan banlayan xoruz huşunu itirdi - VİDEO

2020-ci ildə 15 saniyə boyunca banladıqdan sonra huşunu itirən xoruz dünya mediasında geniş yer almışdı.

SeherXeber.org Lent.az-a istinadən xəbər verir ki, banlayarkən huşunu itirən xoruzun 2022-ci ildə ölməsindən sonra oxşar davranış sərgiləyən başqa bir xoruz Acıpayam rayonunda ortaya çıxıb. Akalan kəndində yaşayan 17 yaşlı Mehmet Koparanın böyütdüyü 6 aylıq Denizli xoruzu banlamağa başladıqdan sonra huşunu itirib.

Təxminən 17 saniyə banladığı bildirilən xoruz huşunu itirdikdən sonra sahibi tərəfindən yerə qoyulub. Bir neçə saniyə hərəkətsiz qalan ev quşu sonra yenidən özünə gəlib.

Xoruzun ötməyə başladığı ilk anları qeydə ala bilməyən gənc baxıcı, qucağında huşunu itirənə qədər banlayan xoruzunun bu maraqlı anlarını öz sosial media hesabında paylaşıb.

Chosen
24
3
seherxeber.org

4Sources