EN

Belçikada metroda atışma törədən şəxslər axtarışa verilib

Bakı. Trend:

Brüssel metropoliteninin Klemanso stansiyası ərazisində bir neçənəfər odlu silahlardan atəş açıb.

Trend-in məlumatına görə, polisin “Het Laatste Nieuws” nəşrinəverdiyi məlumata görə, iki və ya üç şübhəli şəxsin axtarışlarıdavam edir.

Brüssel polisinin mətbuat katibi Sara Frederiks bəyan edib ki,şübhəlilər metroda gizləniblər və ola bilsin ki, hələ dəoradadırlar. İlkin məlumatlara görə, atışma nəticəsində heç kimxəsarət almayıb. Hadisənin narkotik vasitələrin qeyri-qanunidövriyyəsi ilə əlaqəli olduğu ehtimal edilir.

Mətbuatda verilən məlumata görə, metro stansiyasında bir neçəgiliz aşkar edilib. Kalaşnikov avtomatından atəş açıldığı ilə bağlıehtimallar var. Atışmadan sonra şübhəlilərin metro tunellərindəgizləndikləri bildirilir.

Chosen
32
1
az.trend.az

4Sources