EN

BMT: Məcburi köçkünlük etnik təmizləməyə bərabərdir

BMT-nin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ prezidenti Donald Trampın Qəzzanı "ələ keçirmək" və oradakı fələstinliləri başqa ölkələrə yerləşdirmək planlarını birbaşa şərh etməkdən imtina edib və "Məcburi köçkünlük etnik təmizləməyə bərabərdir" deyə bildirib.

"Operativ Media" xəbər verir ki, Trampın Qəzzanı ələ keçirmə planı ilə bağlı birbaşa açıqlama verməkdən yayınan Düjarrik BMT-nin Baş katibi Antonio Quterreşin Fələstin Xalqının Ayrılmaz Hüquqlarının Həyata keçirilməsi üzrə BMT Komitəsinin (CEIRPP) bu gün keçiriləcək iclasında çıxış edəcəyini açıqlayıb.

Düjarrik Baş katibin Qəzza ilə bağlı bəyanatından danışarkən "İndi qarşıya qoyulan hədəflər barədə çox aydın olmaq vaxtıdır. İlk növbədə, biz daimi atəşkəs və bütün məhbusların azad edilməsi üçün təzyiqləri davam etdirməliyik. Biz daha çox ölüm və dağıntıya dönə bilmərik. İkincisi, həll yolu axtararkən problemi daha da pisləşdirməməliyik. Beynəlxalq hüquqa və etnik təmizliyə sadiq qalmaq vacibdir." deyə bildirib.

Chosen
38
operativmedia.az

1Sources