EN

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın report.az-a istinadən məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1986-cı il təvəllüdlü Nəbiyev Nicat Firidun oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
27
12
bakivaxti.az

10Sources