EN

40 min dövlət işçisi istefa verəcək

ABŞ-də 40 minə yaxın dövlət işçisi öz istəyi ilə istefa verməyə razılaşıb. 

Söz.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bu təklif ABŞ prezidenti Donald Trampın administrasiyasından gəlib.

Nəşr qeyd edib ki, 40 min insan təxirə salınmış işdən çıxarılma proqramında iştirak etmək qərarına gəlib.

Məlumata görə, könüllü işdən çıxarılma səkkiz aylıq müavinətinin alınması ilə nəticələnir.

Ümumilikdə iki milyona yaxın dövlət qulluqçusu öz istəyi ilə istefa vermək təklifi alıb.


Chosen
23
soz.az

1Sources