Bakı. Trend:
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sexdə yanğın başverib.
Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından MühafizəXidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi100kv.m. olan mebel sexində baş vermiş yanğın havanın küləkli vəyayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə imkanverilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 100kv.m. olan mebel sexi 45kv.m.sahədə yanıb.
Sexin qalan hissəsi və bitişik yerləşən digər sex yanğındanmühafizə olunub.