EN

“Gənc psixometrik” təcrübə proqramına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi tərəfindən təhsilin qiymətləndirilməsi sahəsində gənc mütəxəssislər bazasının formalaşdırılması məqsədilə elan edilən “Gənc psixometrik” təcrübə proqramına qeydiyyat davam edir.

AzEdu.az xəbər verir ki, proqramda iştirak etmək üçün son müraciət tarixi 10 fevral 2025-ci ildir.

Üç ay davam edəcək proqram müddətində qiymətləndirmə və statistika sahəsi üzrə təlimlərin keçirilməsi, real datalar əsasında praktik tapşırıqların yerinə yetirilməsi və layihələrin icrası nəzərdə tutulub.

Verilən keçid vasitəsilə proqrama müraciət etmək mümkündür.

Proqramla bağlı daha ətraflı məlumat əldə etmək üçün Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalında yayımlanan “İmtahan” verilişini də izləməyi tövsiyə edirik.

Chosen
6
azedu.az

1Sources