EN

Bu gün məhkəmə istintaqı başlayır - Ruben Vardanyan hakim qarşısında

Bu gün Azərbaycan və azərbaycanlılara qarşı işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı başlayır.

Ajans.az xəbər verir ki, cinayət işinə Bakı Məhkəmə Kompleksinin inzibati binasında baxılır.

Prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev rəhbərlik edir. Hakimlər heyətinə Anar Rzayev və Camal Ramazanov da daxildir.

Cinayət işi üzrə məhkəmə prosesinin bu gün saat 10.00-da başlanacağı, prosesdə dövlət ittihamçılarının ittiham aktını elan edəcəkləri gözlənilir.

Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

Chosen
28
2
Ajans.az

10Sources