EN

Tramp cinsini dəyişən kişilərin qadınlarla yarışmasını qadağan edən fərman imzaladı

ABŞ Prezidenti Donald Tramp cinsini dəyişmiş kişilərin qadın idman yarışlarında iştirakını qadağan edən fərman imzalayıb.

Demokrat.az-ın verdiyi məlumata görə, imzalanma mərasimi "C-SPAN" telekanalında yayımlanıb.

"Bundan sonra qadın idman növləri yalnız qadınlar üçün olacaq", - deyə Tramp fərmanı imzalamadan əvvəl çıxışında bildirib.

Tramp əvvəlki administrasiyanı radikal sol ideyaları dəstəkləməkdə və bioloji cinsi mənsubiyyət konsepsiyasından imtina etməyə cəhd göstərməkdə ittiham edib.

Chosen
56
6
demokrat.az

10Sources