EN

Azərbaycan neftinin qiyməti 2 dollara yaxın AZALIB

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,82 ABŞ dollar aşağı düşüb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,82 ABŞ dolları, yaxud 2,32 % azalaraq 76,80 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Chosen
31
49
modern.az

10Sources