EN

"Fənərbağça"dan 5 qollu qələbə

Türkiyə Kubokunun B qrupunda 2-ci turun görüşləri keçirilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Fənərbağça" ev matçında "Erzurumspor"u qəbul edib.

Gözlənildiyi kimi, İstanbul klubu aşağı liqa təmsilçisini darmadağın edib - 5:0. "Sarı-lacivərdlilər"in yeni transferi braziliyalı Taliska qarşılaşmada fərqlənməklə qol hesabını açıb. Ən-Nəsiri ilə dublla yadda qalıb.

Bu nəticədən sonra "Fənər" 6 xalla qrup liderliyinə yüksəlib. Qeyd edək ki, komanda ilə eyni qrupda "Qaziantep", "Kasımpaşa", "Göztepe" və "İstanbulspor" kimi klublar çıxış edir.

Xatırladaq ki, Türkiyə Kubokunun hazırki sahibi "Beşiktaş"dır.

Milli.Az

Chosen
5
2
milli.az

3Sources