Paytaxtın bir sıra yollarında nəqliyyatın hərkətində sıxlıq yaranıb.
Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, hazırda:
1. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
13. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.