EN

Bu il İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır - Seymur Adıgözəlov

Bakı. Trend:

Bu il İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA)idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisəninfəaliyyətə başlaması planlaşdırılır.

Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonalarınİnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri SeymurAdıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu müəssisələr innovativ inşaat materiallarının,tütün məmulatlarının, yük avtomobillərinin və s. məhsullarınistehsalı ilə məşğul olacaqlar:

"Fəaliyyətə başlayacaq müəssisələr tərəfindən təqribən 1000-əyaxın daimi iş yerinin yaradılması planlaşdırılır.

Bundan başqa, məlum olduğu kimi, dövlət başçısının 2024-cü il 12iyun tarixli fərmanı ilə Hacıqabul Sənaye Məhəlləsinin əsasındaHacıqabul Sənaye Parkı yaradıldı. Hacıqabul Sənaye MəhəlləsininParka çevrilməsinin ən mühüm məqsədi sahibkarların bu zonaya maraqdairəsinin yüksək olmasıdır".

"Daha əvvəl Sənaye Məhəlləsinin üzvü kimi qeydiyyatdan keçənsahibkarların, Parkın iştirakçısı kimi qeydiyyatın aparılmasıişləri tamamlanıb. Hazırda 8 sahibkar rezident, 2 sahibkar isəqeyri-rezident kimi qeydiyyatdan keçib", - S.Adıgözəlov qeydedib.

Chosen
21
az.trend.az

1Sources