EN

Naxçıvan Sənaye Parkında görüləcək işlər açıqlandı

AzVision.azxəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, Sənaye Parkında qida, kimya sənayesi, tullantıların, qara və əlvan metal emalı, tikinti materiallarının, maşın və avadanlıqların, bərpa olunan enerji, mebel, toxuculuq, geyim-gön-dəri və qablaşdırma məhsullarının, kağız və kağız məmulatlarının istehsalı nəzərdə tutulur.

"Həmçinin yaxın vaxtlarda Sənaye Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq. Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti yaradıldıqdan sonra investorlar Parka cəlb ediləcək. Naxçıvan Sənaye Parkında da rezidentlər ölkəmizdə mövcud digər sənaye parklarında olduğu kimi gömrük, vergi güzəştlərindən yararlana biləcəklər".


AzVision.az

Chosen
11
6
azvision.az

7Sources