EN

İtaliyada helikopter qəzası: İş adamı həlak oldu

İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.

XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb.

Ölənlər helikopterdəki iki pilot və sənaye şirniyyat məhsulları sektorunun öndə gedən adlarından olan iş adamı Lorenzo Rovaqnatidir.

Bildirilib ki, Rovaqnati adətən çərşənbə günləri Milandan Kastel - Qvelfodakı malikanəsinə helikopterlə gedirmiş.

İlkin məlumata görə, qəzaya sıx dumana görə görmə qabiliyyətinin azalması və ya quyruq pərvanəsindəki mexaniki nasazlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1 dəfə oxunub.
Chosen
11
8
xezernews.az

9Sources