EN

BƏƏ fələstinlilərin Qəzzadan köçürülməsi cəhdini rədd edir

Birləşmiş Ərəb Əmirlikləri fələstinlilərin Qəzza zolağından köçürülməsi ideyasına qarşıdır və Fələstin xalqının ayrılmaz hüquqlarına hər hansı müdaxiləni rədd edir. Bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Xarici İşlər Nazirliyi Fələstin xalqının ayrılmaz hüquqlarının hər hansı pozulmasını və onları köçürmə cəhdini rədd edir, həmçinin regional sabitliyi təhdid edən və dinc yanaşı yaşama şansı qoymayan məskunlaşma fəaliyyətlərinin dayandırılmasının vacibliyinə işarə edir", - bəyanatda deyilir.

BƏƏ Xarici İşlər Nazirliyi İsrail-Fələstin münaqişəsini həll edəcək və müstəqil Fələstin dövləti yaradacaq "ciddi siyasi perspektiv" tapmağa çağırıb. Departament qeyd edib ki, regionda sabitlik üçün iki dövlətin yaradılması qərarının icrası zəruridir.

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında Qəzza zolağına uzunmüddətli sahiblik məsələsini nəzərdən keçirdiyini bildirib. O, Amerika qoşunlarını Qəzzaya göndərməyə hazır olduğunu açıqlayıb və anklavdan fələstinlilərin regionun digər ölkələrinə köçürülməsinin tərəfdarı olduğunu bildirib.

Əziz Mustafa, Oxuməni.az

Chosen
10
1
oxumeni.az

2Sources