EN

Xırdalanda yanğın genişlənmədən söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 100 kv.m olan mebel sexində baş vermiş yanğın havanın küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 100 kv.m olan mebel sexi 45 kv.m sahədə yanıb.

Sexin qalan hissəsi və bitişik sex yanğından mühafizə olunub.

P.ƏMİRCANOV
XQ

Chosen
40
25
xalqqazeti.az

10Sources