EN

Dünyanın ən nəhəng buz dağı əriyir - Beş ölkəni su basa bilər

Dünyanın ən nəhəng aysberqi A23a parçalanmağa başlayıb. Ondan təxminən 80 kvadrat kilometr sahəsi olan nəhəng bir fraqment qopub. Amma bu, aysberqin yalnız kiçik bir hissəsidir, təhlükə hələ də çox ciddidir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Fransa agentliyi yazır ki, üzən buz dağı sutkada 48 km sürətlə Cənubi Corciya adasına doğru irəliləyir. Bu, elm adamları arasında narahatlıq yaradıb. Onlar hesab edirlər ki, aysberq adada yaşayan heyvanlar üçün təhlükə yarada bilər.

Böyük Britaniyanın Antarktikadakı tədqiqat qrupunun okeanoloqu Endryu Meyers aysberqdən bu qədər böyük ölçülü fraqmentin ilk dəfədir qopduğunu açıqlayıb.

"A23a" təxminən, bir trilyon ton ağırlığındadır. Aysberqin sualtı hissəsi görünən səthindən 10 dəfə böyükdür. Əvvəllər belə nəhəng aysberqlər böyük fraqmentlər itirməyə başladıqdan sonra həftələr ərzində dağılırdılar, amma bu dəfə bir istisna yaşanır.

"A23a" 1986-cı ildə Antarktidadakı Filçner buz şelfindən qopub və uzun müddət yerində qalıb. Amma 2020-ci ildə okean cərəyanları səbəbindən vaxtaşırı tədricən şimala doğru hərəkət etməyə başlayıb.

İsti sular və eroziyanın təsiri altında aysberq tədricən parçalanır. "A23a" indi dünyanın ən böyüyü kimi tanınır.

"A23a" kimi aysberqlərin əriməsi qlobal istiləşmənin mühüm göstəricisidir, bu durum qlobal dəniz səviyyələrinə təsir göstərə bilər. Bu, böyük sahil şəhərlərini su basması ilə təhdid edir. Elm adamları ilk növbədə Nyu-York (ABŞ), Honq-Konq (Çin), London (Britaniya) və Amsterdamın (Niderland) adını çəkirlər.

Təhdid altında olan şəhərlər arasında Sankt-Peterburq (Rusiya) da var.

AFP vurğulayır ki, su basması bu şəhərlərdə milyonlarla insanı evlərini tərk etməyə məcbur edə və görünməmiş miqyasda miqrasiya böhranı yarada bilər. Bundan əlavə, aysberqlərin əriməsi nəticəsində okeanlarda temperatur və duz səviyyəsinin dəyişməsi ekosistemlərin məhvinə səbəb ola bilər. Bunun dəniz həyatı üçün ciddi nəticələri olacaq. Ekosistemdəki dəyişikliklərin növlərin yox olması və biomüxtəlifliyin itirilməsinə səbəb olması qeyri-adi deyil. Bu da öz növbəsində dəniz mühitində sabitliyi zəiflədir.

Əriyən aysberqlər iqlimə də təsir göstərir. Buz şelfləri və aysberqlər Günəş işığının əks olunması və planetin əsas bölgələrində sərin temperaturun saxlanmasında mühüm rol oynayırlar. İndi baş verənlər okean axınlarını dəyişə, yeni soyuma və ya istiləşmə dövrünə səbəb ola, qasırğalar, güclü yağışlar və quraqlıq kimi ekstremal hava hadisələrini artıra bilər. Bu, kənd təsərrüfatı, şirin su ehtiyatları və insan sağlamlığına təsir edərək, normal iqlim şərtlərini pozacaq.

Proses, həmçinin sualtı çöküntülərdən donmuş metanın buraxılmasına zəmin yarada bilər. Bu, qlobal istiləşmənin təsirini daha çox gücləndirərək, istiliyin daha çox buzun əriməsinə səbəb olduğu pis dövrə yaradır.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
4
4
teleqraf.com

5Sources