EN

Xırdalanda sexdə yanğın- Video

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sexdə yanğın baş verib.

 Oxu24.com xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 100kv.m. olan mebel sexində baş vermiş yanğın havanın küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 100kv.m. olan mebel sexi 45kv.m. sahədə yanıb.

Sexin qalan hissəsi və bitişik yerləşən digər sex yanğından mühafizə olunub.

 

Chosen
49
25
oxu24.com

10Sources