EN

Tramp bunu edən ilk ABŞ prezidenti olacaq

ABŞ Prezidenti Donald Tramp bu həftəsonu “Kansas Siti Çyefs” və “Filadelfiya İqlz” komandaları arasında keçiriləcək Super Boulda iştirak edəcək.

 Oxu24.com bu barədə CNN-ə istinadən xəbər verir.

Məlumata görə, Tramp Milli Futbol Liqasının (NFL) finalına qatılan ilk ABŞ prezidenti kimi tarixə düşəcək.

Ronald Reyqan kimi əvvəlki prezidentlər Ağ Evdə oyundan əvvəl püşkatma mərasimi keçirsələr də, səlahiyyət müddətləri ərzində heç bir prezident tədbirə qatılmayıb.

Qeyd edək ki, oyun Luiziana ştatının Nyu Orleans şəhərindəki “Caesars Superdome” stadionunda keçiriləcək.

Chosen
26
3
oxu24.com

4Sources