EN

Flora Kərimovanın vəkili: "Sertifikatın ləğvi ilə kifayətlənməyəcəyik"

Xəvər verdiyimiz kimi Azərbaycanda 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib. Onların arasında Xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan Sevinc Heydərova da var.

Bir müddət əvvəl xalq artisti Flora Kərimovanın vəkili Elcan Həsənli Sevinc Heydərova ilə bağlı Azərbaycanda və Türkiyədə istintaq başladıldığını bildirmişdi.

Modern.az mövzu ilə bağlı Elcan həsənli ilə əlaqə saxlayıb.

O bildirib ki, istintaq Azərbaycanda və Türkiyədə davam etdirilir:

“Mətbuatda belə xəbərlər yayılıb. Amma hələlik rəsmi bir açıqlama yoxdur. İstintaq davam edir, bu məsələnin sadəcə sertifikatın ləğvi ilə yekunlaşmasını gözləmirik. Burada qanunsuz əməl varsa, həm cinayət, həm inzibati, həm də mülki xarakterli məsuliyyət daşınmalıdır. Biz yalnız sertifikatın ləğvi ilə kifayətlənməyəcəyik”.

Qeyd edək ki, Sevinc Heydərova 2021-ci ildə Flora Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq Xalq artisti bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. Xalq artisti bundan sonra həkimi məhkəməyə verib.

 

Chosen
30
modern.az

1Sources