EN

“Ölkədə USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-yə bildiriş göndərilib”

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyətinin dayandırılmasına dair ABŞ-yə bildiriş göndərilib.

Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. 

“USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib”, - deyə A.Hacızadə qeyd edib. 

Xatırladaq ki, ABŞ-nin yeni Prezident Administrasiya öz növbəsində USAID-in fəaliyyətini tənqid edib. Bir müddət əvvəl, “Associated Press” agentliyi ABŞ Prezidenti Donald Trampın USAID-i Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırdığını yazmışdı. Bunun ardınca, ABŞ Dövlət katibi Marko Rubionun USAID direktorunun səlahiyyətlərini icra edəcəyi məlum oldu.

Chosen
8
qafqazinfo.az

1Sources