"Qarabağ" futbolçusu Kadi Borgesin imzalı formalarını satışa çıxarıb.
"Football-plus.az" xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Azarkeşlər məhdud sayda olan formaları Park Bulvar AVM-in 2-ci mərtəbəsində fəaliyyət göstərən "Qarabağ" fan-şopundan əldə edə bilər.
Xatırladaq ki, fevralın 4-də "Qarabağ" sabiq futbolçusu Kadi Borgeslə 4 illik müqavilə imzaladığını açıqlayıb. O, Macarıstanın "Ferensvaroş" klubundan transfer olunub.