“Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb, zərərçəkənlər istintaq materialları ilə tanış olurlar.
Vətəninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə vəkil məlumat verib.
Xatırladaq ki, ötən il martın 22-də axşam Moskva yaxınlığındakı “Crocus City Hall”da terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.