EN

Azərbaycan Respublikası Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin birgə müraciət yayıb

Bakı. Trend:

Son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastikcərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verənsertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlaryayılır.

Trend xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası BaşProkurorluğu və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylışikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyətiilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuniəsaslarının yoxlanılmasına başlanılıb.

Bu məqsədlə, Səhiyyə Nazirliyində Baş Prokurorluq, Daxili İşlərNazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətlinümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Hazırda Xüsusi Təftiş Komissiyası təqdim olunan sənədlərin fərdiqaydada yoxlanılmasını aparır.

Komissiya işini yekunlaşdırdıqdan sonra qəbul edilən qərarbarədə ətraflı məlumat veriləcək. İctimaiyyət üçün həssas olanməsələyə məsuliyyətli yanaşmağı, Komissiyanın işinin nəticələrinigözləməyi tövsiyə edir və bu mövzuya diqqətli yanaşmağaçağırırıq.

Məqalədə:
Chosen
6
49
az.trend.az

10Sources