EN

“Mançester Siti”də ayın ən yaxşısı seçildi – Nə Holanddır, nə də de Bröyne

"Mançester Siti"də yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşdirib. 

Fanat.Az xəbər verir ki, məlumatı çempion komandanın mətbuat xidməti yayıb. 

Yarımmüdafiəçi Fil Foden “şəhərlilər”in azarkeşləri arasında keçirilən səsverməsində qalib gəlib. İngilis futbolçu norveçli hücumçu Erlinq Holandı və yarımmüdafiəçi Kevin de Bröyneni qabaqlayıb. 

Foden keçən ay "Mançester Siti"də 7 matçda meydana çıxıb. 24 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 6 qol vurub və 2 məhsuldar ötürmə edib. 

Əlavə edək ki, İngiltərə çempionatının 24 turundan sonra Xosep Qvardiolanın komandası turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. MS Premyer Liqanın son oyununda “Arsenal”a 1:5 hesabı ilə uduzub.

Mirağa

Chosen
6
fanat.az

1Sources