Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədə fəaliyyətinin dayandırılması üçün ABŞ-yə bildiriş göndərib.
Bu barədə Demokratikmusavat.com -ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
"USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib", - deyə A.Hacızadə bildirib.
Qeyd edək ki, USAID-in rəsmi səhifəsi hal-hazırda fəaliyyət göstərmir. Tramp administrasiyası USAID-in müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. Bu addım gerçəkləşsə beynəlxalq yardımla bağlı proqramların idarəolunmasında agentliyin muxtariyyətini azaltmış olacaq.