EN

Nura Suri Xalq artistləri də daxil olmaqla məşhurları tənqid etdi

Müğənni Nura Suri, yerli musiqi sahəsindəki "şou-biznes" anlayışını sərt şəkildə tənqid edib və bunu "toy-biznes" adlandırmağı təklif edib.

Yenisabah.az xəbər verir ki, özünün də daxil olduğu bu sırada müğənnilərin yalnız toy mərasimlərindən qazanc əldə etdiyini vurğulayan Suri dünya ulduzları ilə müqayisədə yerli səhnənin çox geridə qaldığını qeyd edib:

“Təklif edirəm, hətta xahiş edirəm, şou-biznes sözünü yerli müğənnilərin adının yanında yazmayasınız. Toy-biznes yazın. Bizim müğənnilər, mən daxil, ancaq toydan qazanır.

Şounu Ledi Gaga, Şakira, Benson Boone, JLo, Bruno Mars və sair kimi müğənnilər göstərir.

Bizdə eyni səhnəni və trendi Xalq artistləri və bayağı adlandırdıqlarınız bölüşür. Sadəcə bəziləri daha baha qiymətə və daha çox tədbirə gedir, fərq ancaq bundadır.  Heç bir şoudan və performansdan söhbət gedə bilməz”.

Aytac Şahin


Telegram kanalımız
Chosen
33
3
yenisabah.az

4Sources