EN

Rusiyanın bu hava limanında məhdudiyyətlər

Rusiyanın Volqoqrad hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako özünün teleqram kanalında məlumat verib.

"Moskva vaxtı ilə saat 21:38-də Volqoqrad hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub", - məlumatda deyilir.

O bildirib ki, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.

Milli.Az

Chosen
13
2
milli.az

3Sources