EN

Ukrayna Müdafiə Qüvvələri Krasnodar vilayətindəki Primorsko-Axtarsk aerodromuna zərbələr endirib

Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Krasnodar vilayətindəki Primorsko-Axtarsk aerodromuna zərbələr endirib. Ruslar bu aerodromdan Ukrayna ərazisinə “Şahed” tipli pilotsuz uçuş aparatlarının buraxılması üçün istifadə edir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sosial şəbəkədə Rusiya işğalçılarının aerodromunun darmadağın edilməsi barədə məlumat yayıb. “Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistem bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə birgə fevralın 6-na keçən gecə Rusiya Federasiyasının Krasnodar diyarında Primorsko-Axtarski aerodromuna zərbələr endirib”, – Baş Qərargahdan bildiriblər. Qeyd olunur ki, bu, aviasiya aktivləri üçün əməliyyat bazasıdır.

O, Ukrayna ərazisində “Şahed” tipli PUA-ların saxlanması, hazırlanması və buraxılması, həmçinin Zaporojya və Xerson vilayətlərində tapşırıqları yerinə yetirən təyyarələrə xidmət göstərmək üçün istifadə olunur. “Hədəf bölgəsində zərbə və partlayışlar təsdiqlənib. Yanğın baş verib. Dəymiş ziyanın nəticələri dəqiqləşdirilir”, – məlumatda deyilir.

//Samir Qurbanov, Editor.az

Chosen
11
1
editor.az

2Sources