19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin (U-19) Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
7-ci qrupda yer alan U-19 yığmamız ilk matçını martın 26-da Bosniya və Herseqovina seçməsinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Futzalçılarımız martın 27-də, saat 22:00-da Xorvatiya yığması ilə üz-üzə gələcəklər. İki gün sonra saat 19:00-da isə Türkiyə yığması ilə qarşılaşma baş tutacaq.
Qeyd edək ki, əsas mərhələnin qarşılaşmaları Xorvatiyada olacaq.
Bosniya və Herseqovin – Azərbaycan
26 mart. Ribnjak İdman Sarayı. Saat 19:00
Türkiyə – Xorvatiya
26 mart. Ribnjak İdman Sarayı. Saat 22:00
Türkiyə – Bosniya və Herseqovina
27 mart. Ribnjak İdman Sarayı. Saat 19:00
Xorvatiya – Azərbaycan
27 mart. Ribnjak İdman Sarayı. Saat 22:00
Azərbaycan – Türkiyə
29 mart. Ribnjak İdman Sarayı. Saat 19:00
Xorvatiya – Bosniya və Herseqovina
29 mart. Ribnjak İdman Sarayı. Saat 22:00