EN

Məşhur serial yenidən çəkiləcək - VİDEO

Məşhur aktyor Taner Ölmez məşhur "Medcezir" serialının yenidən çəkilməsini arzuladığını və artıq çəkiliş meydançasında həmkarları ilə bunu müzakirə etdiyini bildirib.   Manset.az xəbər verir ki, İbrahim Səlimlə "Bu Gece" verilişində qonaq olan Taner Ölmez Serenay Sarıkayanı görəndə fikrini onunla bölüşdüyünü deyib. 2013-2015-ci illərdə Star TV kanalında yayımlanan və böyük izləyici toplayan “Medcezir” serialı o dövrün ən sevilən seriallarından biri olub. Taner Ölmez serialın mümkün geri dönüşü haqda danışarkən bunları deyib:

“Ece Yörenç və Serenay Sarıkaya ilə keçən il görüşdüm. “Niyə bir neçə ildən sonra “Medcezir”i təkrar etməyək?” dedim. Dedim: “Hazıram, Çağatay Ulusoy və Barış Falayla danışa bilərik”. Əgər belə bir layihə olarsa, məmnuniyyətlə iştirak edərəm”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by gecce.com (@gecce)

Chosen
8
manset.az

1Sources