EN

Əfsanəvi "F-1"pilotunun dəbilqəsi hərraca çıxarıldı

"Formula-1"in əfsanəvi pilotu Mixael Şumaxerin dəbilqəsi hərracda satılıb.

Avtosfer.az xəbər verir ki, qoruyucu əşya 36 min avroya öz sahibini tapıb.

Şumaxer həmin dəbilqədən 1992-ci il mövsümündə "Benetton" komandasının heyətində çıxış edərkən Belçika Qran-prisində istifadə edib.

Qeyd edək ki, Mixael Şumaxer Spa-Frankorşam trasında keçirilən yarışın qalibi olub və bu qələbə almaniyalı əfsanənin pilot karyerasında qazandığı 91 zəfərin ilki olub.(oxu.az)

Chosen
14
2
avtosfer.az

3Sources