EN

BP və onun tərəfdaşları Xəzər regionuna 85 milyard dollar sərmayə qoyublar

"BP və tərəfdaşları "Azəri–Çıraq–Günəşli" (AÇG) yatağından təxminən 4,4 milyard barel neft hasil etməklə Xəzər regionunun inkişafına artıq 85 milyard dollara yaxın sərmayə qoyublar. Lakin onun hələ də resursları var, alyansın məqsədi təkcə mövcud infrastrukturu saxlamaq deyil, həm də onu fəal şəkildə inkişaf etdirmək, uzunmüddətli dayanıqlığı təmin etməkdir".

Teleqraf.com xəbər verir ki, bu barədə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda quyular üzrə vitse-prezidenti Rassel Morris Bakıda keçirilən “IADC Drilling Caspian 2025” sərgi-konfransında bildirib.

O qeyd edib ki, “Şahdəniz” yatağından sutkada təqribən 550 min barel, AÇG üzrə isə 340-345 min barel neft hasil edilir.

"Hazırda neft şirkətlərinin qarşısında dayanan vəzifə neft hasilatını maksimuma çatdırmaq yollarını tapmaqdır. Buna yeni texnologiyalar və innovativ yanaşmalardan istifadə etməklə nail olmaq olar" deyə, bp-nin vitse-prezidenti əlavə edib.


Müəllif: Mirvari Əzizova
Chosen
36
teleqraf.com

1Sources