EN

Şahin Bağırov post rəisini idarə rəhbəri təyin etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis təyin olunub.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, gömrük polkovniki Kamran İsa oğlu Yusifov Balakən Gömrük İdarəsinin rəisi təyin edilib.
Kamran Yusifov bundan əvvəl Balakən rayonundakı Mazımqara gömrük postunun rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilərək, Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub.
Chosen
7
oxu.az

1Sources