EN

Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanır - Deputat

Bakı. Trend:

Prezident İlham Əliyevin pensiyaların indeksləşdirilməsi iləbağlı verdiyi sərəncam insanlarımızın sosial rifahınınyüksəldilməsi istiqamətində atılan növbəti mühüm addımdır.

Bunu Trend-əMilli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycanda həyata keçirilən sosialislahatlar davamlı xarakter daşıyır və dövlət siyasətinin prioritetistiqamətlərindən biridir.

“Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zamanvətəndaş rifahının təminatı dayanır və dövlət başçısının imzaladığıyeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam dadövlətin sosial siyasətinin daha bir bariz nümunəsidir. Bu sərəncam1,1 milyon pensiyaçının sosial müdafiəsinin gücləndirilməsinəxidmət edəcək. Ölkəmizdə həyata keçirilən sosial islahatlarınprioritet istiqamətlərindən biri də pensiyaçıların sosialmüdafiəsinin gücləndirilməsi ilə bağlıdır.

Bu sərəncam da sosial islahatların davamıdır və pensiyalarınartımını təmin edəcək. Belə ki, sərəncamla 2025-cü il yanvarın1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinintəqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq nominaləməkhaqqının illik artım tempinə uyğun olaraq 8,1 faizindeksləşdirilməklə artırılacaq və artımlar bu ilin 1 yanvartarixindən tətbiq olunacaq. Bu artımlar üçün illik əlavə olaraq 534milyon manat vəsait ayrılıb”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, digər bir mühüm məqam ondan ibarətdirki, pensiya artımları pensiyaçıların hər hansı sənəd təqdimetmələrinə, müraciətinə ehtiyac qalmadan, elektron sistem üzərindənavtomatik şəraitdə həyata keçirilir:

“Uzun illərdir ki, Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür. Qlobal böhranlara, pandemiya və digər hadisələrəbaxmayaraq, Azərbaycanda heç bir sosial layihə təxirə salınmır,əksinə əhalinin bu hadisələrin təsirindən qorumaq üçün əlavə sosialpaketlər həyata keçirilir. 2025-ci ildə də sosial istiqamətdəyönəldilən xərclər artırılıb.

Belə ki, büdcənin 40 faizdən artıq hissəsi sosialyönlü xərclərəyönəldiləcək və 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinətvə digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxınvətəndaşımızı əhatə edəcək. Bütün bu tədbirlər vətəndaşlarımızınrifah halının yüksəldilməsinə imkan verəcək”.

Chosen
4
2
az.trend.az

3Sources