Fransanın müdafiə naziri Sebastyan Lekornu ilk “Mirage 2000” qırıcı təyyarəsinin Ukraynaya gətirildiyini açıqlayıb.
Missiya.Az xəbər verir ki, o, bu barədə özünün “X” sosial media hesabında məlumat yayıb.
"6 iyun 2024-cü ildə Fransa Prezidenti Emmanuel Makron Fransanın "Mirage 2000" təyyarəsinin Ukraynaya təhvil verildiyini elan etdi. İlk təyyarə bu gün Ukraynaya çatdırılıb", - deyə Lekornu vurğulayıb.
Onun sözlərinə görə, təyyarələri Fransada təlim keçmiş ukraynalı pilotlar idarə edir.
Daşqın HəsənovMissiya.Az