EN

Rusiya bu ölkəyə qaz nəqlini bərpa etdi

“Qazprom” fevralın 1-dən etibarən “Türk axını 1” vasitəsilə Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı - SPP şirkətinə təbii qaz tədarükünə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Dennik” nəşri SPP şirkətinin rəhbəri Voytex Ferentsə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, “Qazprom” fevralın 1-dən etibarən SPP-yə qaz tədarük etməyə başlayıb: ““Qazprom” apreldən etibarən təbii qaz tədarükünü iki dəfə artıracaq”. 

O bildirib ki, "Qazprom Ekport" ilə müqavilə 2034-cü ilə qədər qüvvədədir və şirkət bu müqaviləni ləğv etməyi düşünmür.

Xatırladaq ki, 1 yanvar tarixindən etibarən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb. 

Bunun əsas səbəbi Kiyevin müqaviləni uzatmamaq qərarı olub. Slovakiya da bu qazdan istifadə edirdi.

Ölkənin iqtisadiyyat naziri Denisa Sakovanın sözlərinə görə, Ukrayna Rusiya qazının tranzitinin dayanması səbəbilə öz ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz tapa bilməyəcək.

Chosen
12
8
cebheinfo.az

9Sources