EN

Gəncə-Daşkəsən regionunun "Örnək müəllim"ləri - SİYAHI

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 

Fəaliyyət coğrafiyası Gəncə-Daşkəsən regionunu əhatə edən həmin 10 müəllimin siyahısı:

 

1.Ürfanə Xurşudova - Daşkəsən Rayon Xoşbulaq kənd tam orta məktəbin Fizika müəllimi;

2.İlahə Hüseynova - Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini;

3.Günay Abbasova- Daşkəsən rayon, Yuxarı Daşkəsən qəsəbə, Zahir Bağırov adına tam orta məktəbin Riyaziyyat müəllimi;

4.Aynurə Şirinova- Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin Riyaziyyat və informatika müəllimi;

5.Mehriban Hüseynova- Gəncə şəhər 8 nömrəli məktəbin direktor müavini;

6.Pərvanə Qasımova- Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbin Fizika müəllimi;

7.Türkan Muxtarova- Samux Rayon Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

8.Günay Əhmədova- Daşkəsən rayon, Yuxarı Daşkəsən qəsəbə Zahir Bağırov adına tam orta məktəbin Coğrafiya müəllimi;

9.Leyla Rzayeva- Göygöl rayon Köşkü kənd tam orta məktəbin Coğrafiya müəllimi;

10.Günel Məmmədova- Gəncə şəhər 13 №li tam orta məktəbdə İbtidai sinif müəllimi.

Chosen
37
5
azedu.az

6Sources