EN

Ferdinand: Ronaldo həmişəlik xatırlanmaq istəyir

İngiltərə millisinin sabiq üzvü Rio Ferdinand Kriştiano Ronaldo haqqında danışıb.

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu və britaniyalı futbol şərhçisi Rio Ferdinand fevralın 5-də 40 yaşını qeyd edən Portuqaliya və Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.

"Operativ Media" xəbər verir ki, o bu haqda BBC-yə danışıb.

"Ronaldo əbədi olaraq xatırlanmaq istəyir. Böyük nailiyyətlər əldə etdi, rekordlar kitabınına düşdü. O, futbolu başqa planetə aparıb. Onun uzun illər ərzində əldə etdiyi nailiyyətlər, yaşı və sabitliyi inanılmazdır. Onun heç kimə nəyisə sübut etməyə ehtiyacı yoxdur. Onun hamıdan daha çox titulları və pulu var və hamıdan daha çox qol vurub. O hələ də oyunda qalmaq və həmişə ən yaxşı hesab olunmaq üçün əlavə güc əldə etmək istəyir".

Ronaldo tarixdə klub səviyyəsində 700 qələbə qazanan yeganə oyunçudur. Ronaldo Portuqaliyada “Sportinq”də 13, “Mançester Yunayted”də 214, "Real Madrid"də 316, “Yuventus”da 91, “Əl-Nəsr”də isə 66 qələbə qazanıb.

Chosen
24
24
operativmedia.az

10Sources